UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi bu mərhələdə qarşılaşacaq rəqibləri müəyyən edib.
11 və 18 Aprel tarixlərində bu komandalar yarım-finala çıxmaq üçün mübarizə aparacaq.
Napoli (İtaliya)- Arsenal (İngiltərə)
Vilyareal (İspaniya)- Valensiya (İspaniya)
Benfika (Portuqaliya)- Ayntraxt Frankfurt (Almaniya)
Slaviya Praqa (Çexiya)- Çelsi (İngiltərə)
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı 29 may tarixində Bakıda keçiriləcək.