UEFA 2020 Avropa çempionatının seçmə mərhələsi ərəfəsində yığma komandaların heyətində bəzi dəyişikliklər olub.
İngiltərə millisi seçmə mərhələ oyunları üçün heyətdə bir sıra dəyişikliklər edib. Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, İngiltər millisi 21 yaşlılardan ibarət olan heyətdən "Çelsi" klubunun cinah hücumçusu Hudson-Odoyu əsas milliyə çağırıb.O, Avro-2020 seçmə mərhələsi çərçivəsində baş tutacaq Çexiya və Monteneqro ilə matçda əsas heyətdə yer alacaq. Hudson-Odoy bu xəbərdən şad olduğunu bildirib,və əlinə düşən fürsətləri dəyərləndirəcəyinə söz verib. Futbolçu "Çelsi"nin heyətində 19 oyunda meydana çıxıb və 5 dəfə fərqlənib.
Bununla yanaşı, "Southempton" klubunun yarımmüdafiəçisi Ceyms Vard-Prouz da milliyə cəlb olunub. İngiltərə millisi martın 22-də Uemblidə Çexiya ilə, 25-in isə səfərdə Monteneqro ilə qarşılaşacaq.
İsveçrə millisinin aparıcı oyunçularından olan Xerdan Şaqiri isə zədə səbəbilə millinin heyətindən kənarda qalıb. O, Gürcüstan və Danimarka milliləri ilə baş tutacaq matçlarda meydanda olmayacaq. 27 yaşlı oyunçu bu mövsüm "Liverpul" klubunun heyətində 6 qol vurub.
Almaniya millisi isə Yoaxim Lövün rəhbərliyi altında Hollandiya ilə keçiriləcək oyun öncəsi heyətə 3 yeni oyunçu dəvət edib.
"Leipziq"in müdafiəçisi Lukas Klastermann, "Verder"in yarımmüdafiəçisi Maksimilian Eggelştayn və "Herta"nın müdafiəçisi Niklas Ştark millidə ilk oyunlarını keçirəcəklər.
Xatırladaq ki, Almaniya millisi 24 mart tarixində Yohan Kroyf arenada Hollandiya millisinin qonağı olacaq.