Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığma komandası UEFA-nın təşkil etdiyi Avropa çempionatı çərçivəsində ilk oyununa çıxır.
Bugün saat 18:00-da başlayan Azərbaycan-Rusiya qarşılaşmasında hesab 0-0-dır.
Matç Krasnodar Akademiya stadionunda keçirilir.
Millimizin baş məşqçisi Vüqar Məmmədov, Rusiya millisinin baş məşqçisi Andrey Qordievdir.
Bu matçla paralel olaraq 4 matç da keçirilir və qarşıdakı saatlarda 6 matç müxtəlif vaxtlarda başlayacaq.
Xatırladaq ki, sabah Azərbaycan əsas milli komandası Maksimir stadionunda Xorvatiyanın qonağı olacaq.