UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk matç gününün son oyunları keçirilib.
Bakı vaxtı ilə 18:00-da başlayan Gürcüstan-İsveçrə qarşılaşması ilə matç gününə start verilib. Oyun 0-2 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.
Digər 3 oyun isə bu matçdan 3 saat sonra start götürüb. Oyunlar D, F, və J qruplarını əhatə edib.
Günün maraqla gözlənilən İspaniya-Norveç matçı ev sahibi təmsilçisinin hesabı açması ilə başladı. 16-cı dəqiqədə Rodriqo millinin ilk qoluna imza atıb. Ikinci hissədə təyin olunan penaltini dəqiq yerinə yetirən Norveç millisinin üzvü Coşua Kinq hesabı bərabərləşdirib. Oyunun 70-ci dəqiqəsində isə penalti vurmaq növbəsi İspanların olub və topa yaxınlaşan Serxio Ramos “Panenka” zərbəsi ilə millini hesabda önə keçirib. Beləliklə İspaniya millisi ilk oyunda qələbə qazanmağı bacarıb.
İtaliya millisi də İspanlar kimi ilk hissədə hesabı açmağı bacarıb. 7-ci dəqiqədə hesabı açan İtaliya ikinci qolu ikinci hissədə vuraraq qalibiyyət üçün şübhə yeri qoymayıb.
Günün bütün oyunlarında qeydə alınan nəticələr
Qrup D
Gürcüstan 0-2 İsveçrə
Cəbəllütariq 0-1 İrlandiya
Qrup F
Malta 2-1 Farer adaları
İsveç 2-1 Ruminiya
İspaniya 2-1 Norveç
Qrup J
Bosniya Herseqovina 2-1 Ermənistan
İtaliya 2-0 Finlandiya
Lixtenşteyn 0-2 Yunanıstan