Günə Qazaxıstan-Rusiya matçı ilə start verildi. İlk oyunda sürpriz şəkildə Şotlandiyanı məğlub etməyi bacaran Qazaxıstan sürprizin davamını gətirə bilmədi. Ev sahibi Qazaxıstan öz meydanında Rusiya millisindən 4 top buraxaraq günü məğlub başa vurdu.
Millimizin yer aldığı E qrupunda isə qrupun favoriti Xorvatiya gözlənilməz şəkildə Macarıstana məğlub oldu.
Günün maraqla gözlənilən Hollandiya-Almaniya matçının ilk hissəsinə qonaqlar sürətli başladı və bunun nəticəsində Almanlar Leroy Sane və Gnabrinin qolları sayəsində ilk hissəni 2-0 öndə tamamladılar. İkinci hissə başlayan kimi Mattias de Lixt baş zərbəsi ilə hesab arasındakı fərqi azaltdı. Bu qoldan sonra hücumlarını gücləndirən Hollandiya millisi Memfis Depayın sayəsində hesabı bərabərləşdirə bildi. Bununla belə oyunun 90-cı dəqiqəsində Marko Roysun uğurlu ötürməsi Niko Şultzun qol vurması ilə nəticələndi. Almaniya səfərdə 2-3 hesablı qələbə ilə seçmə mərhələdə çətin də olsa ilk 3 xalını qazandı.
Bütün qarşılaşmalarda qeydə alınan nəticələr
C qrupu
Şimali İrlandiya 2-1 Belarusiya
Hollandiya 2-3 Almaniya
E qrupu
Uels 1-0 Slovakiya
Macarıstan 2-1 Xorvatiya
G qrupu
İsrail 4-2 Avstriya
Polşa 2-0 Latviya
Sloveniya 1-1 Şimali Makedoniya
I qrupu
Qazaxıstan 0-4 Rusiya
San Marino 0-2 Şotlandiya
Kipr 0-2 Belçika
Azad Nuriyev