12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020 futbol çempionatının maskotu müəyyən oldu.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, 12 ölkənin ev sahibliyi edəcəyi Avropa çempionatının maskotu dünən keçirilən Hollandiya-Almaniya matçından əvvəl "Amsterdam Arena"da tamaşaçılara təqdim olundu.
"Skillzy" adı verilən cizgi film xarakteri olan bu maskot 55,000 azarkeşə təqdim olunduqdan sonra "Yohan Kroyf arena"da "freestyle" futbol üzrə dünya çempionları Liv Kuk və Tobias Beks ilə birgə matçdan əvvəl topla şou göstərdi.