İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu Konor Makqreqor karyerasına son qoyub.
Eurasia Diary xəbər verir ki, ulduz döyüşçü bu barədə sosial şəbəkədə yazıb. İrlandiyalı döyüşçü bu gündən idmandan uzaqlaşacağını açıqlayıb.
Bütün rəqiblərinə uğurlar arzu edən edən Konor idman fəaliyyətinə bir dəfəlik son qoyub.
Konor Makqreqor dünyanın ən güclü döyüşçülərindən biridir. Konor Makqreqor 14 iyul 1988-ci ildə anadan olub.
UFC-nin yüngül və yarım-yüngül çəki kateqoriyalarının çempionu, döyüş idman növlərinin kralı hesab olunan irlandiyalı Dublin şəhərinin ətrafında, işçi ailəsində böyüyüb və çirklənmiş məşq zallarından, santexnik köməkçisi kimi işləməkdən, dünya şöhrətli idmançı olana qədər uzun bir yol qət edib.
Hey guys quick announcement, I’ve decided to retire from the sport formally known as “Mixed Martial Art” today.
— Conor McGregor (@TheNotoriousMMA) 26 марта 2019 г.
I wish all my old colleagues well going forward in competition.
I now join my former partners on this venture, already in retirement.
Proper Pina Coladas on me fellas!