Avro-2020 seçmə mərhələsi çərçivəsində ikinci turun son qrup oyunları keçiriləcək.
D F və J qruplarında baş tutacaq 8 matçdan 1-i saat 21:00-da digər 7 oyun isə saat 23:45-də başlayacaq.
Günün ən maraqla gözlənilən matçları Bazelin "Saint Yakob Park" stadionunda oynanılacaq İsveçrə-Danimarka və Skandinaviya derbisi adlandırılan Norveç-İsveç qarşılaşmalarıdır.
İsveçrə millisi Danimarka ilə qarşılaşmalarda 2 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 3 dəfə isə məğlub olub.
Danimarka keçirdiyi son 3 oyunun birində qələbə qazanıb, 2 matç heç-heçə yekunlaşıb. Matçın baş hakimi Sloveniyalı Damir Skomina olacaq.
Xatırladaq ki, İsveçrə seçmə mərhələnin ilk oyununda Gürcüstanı səfərdə 0-2 hesabı ilə məğlub edib.
Skandinaviya derbisi isə statistik göstəricilərinə görə maraq kəsb edir. Belə ki, keçirilən 108 matçın 24-də Norveç, 58-də İsveç sevinən tərəf olub. 23 oyun bərabərliklə yekunlaşıb. Ümümən bu qarşılaşmalarda qapılara 412 qol vurulub. Baş hakim İtaliyalı Cianluka Rokkidir.
Qeyd edək ki, Norveçdə baş tutan son 5 oyun heç-heçə yekunlaşıb.
Avro-2020 seçmə mərhələsi matçlar və başlama vaxtları
D qrupu
İsveçrə-Danimarka (23:45)
İrlandiya-Gürcüstan (23:45)
F qrupu
Ruminiya-Farer adaları (23:45)
Norveç-İsveç (23:45)
Malta-İspaniya (23:45)
J qrupu
Ermənistan-Finlandiya (21:00)
İtaliya-Lixtenşteyn (23:45)
Bosniya Hersoqovina-Yunanıstan (23:45)