Kamp Nou erkən finala hazırlaşır - GECƏNİN OYUNLARI | Eurasia Diary - ednews.net

22 Aprel, Bazar ertəsi


Kamp Nou erkən finala hazırlaşır - GECƏNİN OYUNLARI

İdman A- A A+

Bu gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları görüşləri keçiriləcək.

Səfərdə minimal hesabla qalib gələn "Barselona" doğma Kamp-Nouda "Mançester Yunayted"in muqavimətini qırmağa çalışacaq.

"Barselona" klubunun heyətində Vermalen zədəlidir. İngilis klubunun heyətində Baili və Antonio Valensiya zədə səbəbindən, Lyuk Şou isə cəzalı olduğu üçün matçı buraxacaq. 

Yunayted klubunun baş məşqçisi Ole Qunnar Sulşer mətbuata açıqlmasında deyib: "İnam əsasdır, komanda oyunu sayəsində biz yalnız qalib ola bilərik. "Barselona" topa nəzarət etməyi yaxşı bacarır. Hər iki komandada xüsusi istedada sahib oyunçular var. Futbolda hər şey ola bilər."

"Barselona"nın baş məşqçisi Ernesto Valverde isə yarımfinala çıxmağa iddialı olduqlarını bildiriblər: "Onlar da biz də yaxşı səviyyədə futbol oynayır. Bizim İngilis klubunun gücündən xəbərimiz var. Biz ilk olaraq qol vurmağa çalışacağıq. Oyuna nəzarət axşamkı matç üçün əsas iş olacaq. 

Oyunun baş hakimi Almaniyalı Feliks Brix olacaq. Dördüncü hakim Çexiyadan olan Pavel Kralovekdir. 

İlk oyunda heç-heçə etməyi bacaran Ayaks Yuventusun qonağı olacaq. Hollandların heyətində müdafiəçı Talyafiko cəzalı olduğu üçün cavab matçında iştirak edə bilməyəcək. Yuventusu heyətində isə uzunmüddətli sıradan çıxan Marko Perin və Martin Kaseres bu oyunu da buraxmalı olacaqlar. 

Yuventusun baş məşqçisi Alleqri yarımfinala daha yaxın olduqlarını bildirib. "Əla gecə bizi gözləyir. Əsas hücumçu Kriştianu Ronalda da yaxşı formadadır. Rəqibə hörmətlə yanaşırıq. İlk oyunda etdiyimiz səhvləri təkrarlamamağa çaılşacağıq. Bizim Ronaldo kimi üstün keyfiyyətləri malik, istənilən epizodları dəyərləndirməyi bacaran oyunçumuz var."

Matçı Fransalı referi Klemen Turpin idarə edəcək. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı Madriddə keçiriləcək. 

Azad Nuriyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...