“Williams” komandasının üzvü Corc Rassel Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü yarımçıq tərk edib.
Eurasia Diary xəbər verir ki, C.Rasselin idarə etdiyi bolid qəzaya uğrayıb. Belə ki, Rasselin bolidi drenaj lükünə ilişərək sıradan çıxıb. Marşallar dərhal bolidi xüsusi avtomobillə trasdan kənarlaşdırıblar. Pilot isə pitleynə qayıdıb.