Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası”nın (“LXR”) başçısı İqor Plotnitski istefa verib.
Bu haqda separatçı rejimin “dövlət təhlükəsizliyi naziri” Leonid Paseçnik bildirib.
“Bu gün İqor Plotnitski sağlamlıq vəziyyətinə görə istefa verdi”, - o deyib.
Xatırladaq ki, noyabrın 21-də Luqanskda inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub. Daha sonra silahlıların bir gün əvvəl İqor Plotnitski tərəfindən vəzifəsindən çıxarılan “Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetin əmri ilə hərəkət etdiyi məlum olub.
İqor Plotnitskinin özü isə Rusiyaya qaçıb.