Türkmən liderdən şok qərar - Qiymətlər 2 dəfə artdı | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə axşamı


Türkmən liderdən şok qərar - Qiymətlər 2 dəfə artdı

Dünya

A- A A+

Türmənistan polisi ölkə yollarında ağ rəngli avtomobillərdən başqa bütün maşınları saxlamağa başlayıb.

Saxlanılan avtomobillər heç bir səbəb gətirilmədən cərimə meydançalarına aparılırlar. Polis daha sonra sürücülər qarşısında şərt qoyaraq onların ya avtomobillərini ağ rəngə boyamalarını, ya da ki, sürücülükdən imtina etməsini istəyir.

Hökumətin yeni tələbi artıq avtoservislərdə də özünü göstərməyə başlayıb. Ölkədə maşın rəngləməsinin qiyməti 500 dollardan 1000 dollara qədər artıb.

Qeyd edək ki, Türkmənistanda tünd rəngli avtomobillərin istifadəsinə yanvarın 2-də prezident Qurbanqulu Berdıməhəmmədov tərəfindən qadağa qoyulub. Prezidentin əmri ilə ölkə vətəndaşlarına bundan sonra yalnız ağ rəngdə avtomobil istifadə etmələrinə icazə verilib. Mətbuatın iddiasına görə, türkmən lider bu addımı ağ rəngin uğur gətirəcəyinə inandığına görə atıb.(Axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...