Ermənistan MN-ə məxsus hərbi avtomobil qəza törədib - Yaralılar var - FOTOLAR | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə axşamı


Ermənistan MN-ə məxsus hərbi avtomobil qəza törədib - Yaralılar var - FOTOLAR

Dünya

A- A A+
Ermənistan müdafiə nazirliyinə məxsus "ZİL-131" markalı avtomobil qəza törədib. 
 
Ordu.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, saat 14:30 radələrində Ermənistanın Ararat vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda, Yerasxavan inzibati ərazisində "Opel" markalı avtomobillə Ermənistan müdafiə nazirliyinə məxsus "ZİL-131" markalı ՊՆ 34 55 Տ dövlət nömrə nişanlı avtomobillər toqquşub.
 
Məlumata görə, 3 nəfər bədən xəsarətləri ilə Ararat rayon tibb mərkəzinə təxliyyə edilib. 
 
İlkin məlumata görə, qəzaya səbəb "Opel" markalı avtomobilin sürücüsü olub. Zil-131 markalı avtomobil müdafiə nazirliyinin balansındadır. Qəza zamanı neçə erməni hərbi qulluqçunun xəsarət alması bildirilməyib.
1

1

1

1

1

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...