Azərbaycanın “AzVirt” şirkəti Ukrayna yollarının tikintisini həyata keçirəcək.
Bu barədə informasiyanı “Unian” agentliyi yayıb. Agentlik şirkətin ölkədəki müxtəlif obyektlərin tikintisi ilə də məşğul olacağını bildirib.
Şirkətin konkret olaraq hansı layihələrdə iştirak edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, “AzVirt” bundan öncə Azərbaycan və Avropada bir sıra böyük layihələrdə iştirak edib. Şirkət sonuncu dəfə Serbiyada yolla bağlı böyük layihəyə cəlb olunub. “AzVirt” həmçinin Formula-1 şosesinin tikintisində də iştirak edib.(axar.az)