20 İyun, Çərşənbə


Erməni hərbçilər qəzaya düşdü - 2 yaralı - FOTOLAR

Dünya

A- A A+
Ermənistanda baş vermiş yol qəzasında hərbi qulluqçular yaralanıb.

shamshyan.com saytı xəbər verir ki, 2018-ci il martın 7-də saat 18:10 radələrində Ermənistanın Araqatsotn vilayətinin İrəvan Gümrü yolunun 78-ci km-nin Mastara kənd ərazisində 39 yaşlı Armen Avetisyanın idarə etdiyi "Opel Vectra" markalı avtomobil və 50 yaşlı Andranik Harutyunyanın idarə etdiyi VAZ 2106 markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 

Qəza nəticəsində, "Opel"in sərnişinləri 41 yaşlı Andranik Nersisyan, 27 yaşlı Volodya Petrosyan, 24 yaşlı Tiqran Serobyan və VAZ-2106-nın sərnişinləri 21 yaşlı Abel Hakobyan, 21 yaşlı Xaçatur Nersisyan müxtəlif bədən xəsarətləri ilə Talin şəhər xəstəxanasına yerləşdiriliblər. 

Məlumata görə, yaralılardan 2 nəfər Ermənistan ordusunun müqaviləli hərbi qulluqçularıdır. (ordu.az)



EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...