19 İyun, Çərşənbə axşamı


"ABŞ bu müharibədən qorxmur, ancaq..." - Mnuçin

Dünya

A- A A+

ABŞ digər ölkələrlə iqtisadi müharibələrə girməkdən qorxmur. Lakin belə savaşda iştirak etmək niyyətində deyil.

Bu sözləri ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“Tramp iqtisadi müharibədən qorxmur, ancaq bu, bizim istədiyimiz hədəf deyil. Gəlin, tam açıq danışaq: biz iqtisadi savaşlarda iştirakçı olmaq istəmirik”, - nazir bildirib.

Qeyd edək ki, Avropa Birliyinin ABŞ-ın polad və alüminium idxalına qadağa qoyması qarşılığında sanksiya tətbiqi barədə açıqlamasına Tramp sərt reaksiya vermişdi. ABŞ lideri Avropa istehsalı maşınlara vergi tətbiq edilə biləcəyini xatırladaraq, ölkəsinin iqtisadi müharibələri rahatlıqla qazandığını bildirmişdi: “İqtisadi müharibə hərdən yaxşı şeydir”. (axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...