18 İyun, Bazar ertəsi


Rusiya sərhədlərində 45 min əsgər hərəkətə keçir - DEMARŞA HAZIRLIQ

Dünya

A- A A+
NATO ölkələri Rusiyanın sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirəcək.
 
Bu haqda ABŞ-ın Dəniz piyada qoşununun korpus komandiri, general Robert Neller bildirib.
 
General qeyd edib ki, təlimlərdə təxminən 45 min nəfər iştirak edəcək. Onun sözlərinə görə, təlimlər oktyabrda başlanacaq. Rusiya sərhədlərinin yaxınlığında, Norveçin sahillərində keçiriləcək təlimlərə onlarla gəmi və təyyarə, həmçinin maşın-amfibiyalar cəlb ediləcək.
 
“Əminik ki, Rusiya tərəfdən demarşlar olacaq”, - general deyib.
 
Qeyd edək ki, NATO ölkələri 2014-cü ildə Krımın Rusiyaya birləşməsindən sonra Avropada hərbi fəaliyyətini genişləndirməyə qərar verib.

RİA Novosti

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...