21 İyun, Cümə axşamı


"Ermənistanda belə adam tapmaq çətindir" - Sarıbekyan

Dünya

A- A A+
Ermənistanın Alapars Kotay rayonunda küçələrdən biri “Xoşbəxtlik” adlandırılıb.
 
Yerli mətbuatın nümayəndələri küçənin maraqlı adının olmasını nəzərə alaraq rayon icmasının başçısı Artak Saribekyan ilə görüşüblər.
 
İcma başçısı jurnalistlərə küçənin adının necə və nə vaxt yaranması, burada hansı tarixi abidələrin olması haqqında məlumat verib. Jurnalistin “Xoşbəxtlik küçəsinin əhalisi də xoşbəxt yaşayırmı” sualına icma başçısının cavabı çox qısa olub: “Bu gün Ermənistanda xoşbəxt adam tapmaq çox çətindir”.
 
A.Saribekyan, həmçinin bildirib ki, gənclər rayonu tərk edib gediblər. Qalan yaşlılar isə qida çatışmazlığından əziyyət çəkirlər. İcma başçısı qeyd edib ki, “Xoşbəxtlik” küçəsinin sakinləri bütün Ermənistanda olduğu kimi ağır sosial şəraitdə yaşayırlar.
 
Qida çatışmazlığından danışarkən icma başçısı jurnalistə dolayısı ilə başa salıb ki, əhali nə qədər çalışsa da doyunca yemək tapa bilmir, sən isə xoşbəxtlikdən dəm vurursan.(axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...