20 İyun, Çərşənbə


Sərvəti 2018-in əvvəlindən bəri 29.6 milyard dollar artıb - Tam SİYAHI

Dünya

A- A A+

Amazon.com-un banisi, məşhur milyarder Cef Bezosun sərvəti, 2018-ci ilin əvvəlindən bu yana 29.9 faiz və ya 29.6 milyard dollar artımla 128.6 milyard dollara çatıb. 

Amazon-un bazar dəyəri isə il əvvəlindən bu günə qədər təxminən 30 faiz artım qeyd edib.

Bloomberg Milyarderlər İndeksinə görə, 53 yaşında olan Bezos, Microsoft-un qurucu ortağı Bill Qeytsi dünyanın ən zənginləri siyahısında 24 Noyabrda geridə qoymuşdur.

Siyahıya görə, Bezos 100 milyard dolların üzərində sərvətə malik yeganə ad ikən, Bill Qeyts 91.5 milyard dollar ilə ikinci sırada, Uorren Buffett isə 87.7 milyard dollar ilə üçüncü sırada yer alır. (marja)

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...