20 İyun, Çərşənbə


Fələstinlilərin meyiti müsadirə ediləcək - Şok qanun

Dünya

A- A A+

İsrail mövqelərinə hücum zamanı öldürülən fələstinlilərin meyitləri müsadirə ediləcək.

Xarici media xəbər verir ki, qanun layihəsi İsrail parlamentində 2-ci və 3-cü oxunuşlarda səsverməyə çıxarılıb və böyük səs çoxluğu ilə qəbul edilib.

Layihəyə əsasən, meyit dəfn mərasiminin "təxribat və terrorun dəstəklənməsi" prosesinə çevrilməyəcəyinə əmin olduqdan sonra ailələrə veriləcək.

Qeyd edək ki, hazırda İsrail polisinin 253 fələstinin nəşini geri qaytarmadığı açıqlanıb. (teleqraf.com)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...