21 İyun, Cümə axşamı


Adaların Səudiyyəyə verilməsi üçün Netanyahudan icazə alınıb

Dünya

A- A A+

İsrail və Misir arasında sülh müqaviləsinin tərkib hissəsi olan Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi üçün İsrailin təsdiqinə ehtiyac duyulub.

Bu barədə İsrail qəzeti "İsrael Hayom" məlumat yayıb.

Qeyd edilir ki, Misir Prezidenti Əbdülfəttah Sisi sözügedən məsələ ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahudan adaların Səudiyyə Ərəbistanına verilməsi üçün icazə alıb. İsrailin razılıq verməsi xəbəri isə Təl-Əvivin Qahirədəki səfirliyi vasitəsilə bildirilib.

Xatırladaq ki, ötən il Misir Prezident Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib.

Ötən ilin yanvar ayında Misir Ali Məhkəməsi həmin adaların verilməsinə dair hökumətin təklif etdiyi layihəni geri qaytarmışdı. O vaxt məhkəmədə bildirmişdilər ki, hökumət adaların Səudiyyə Ərəbistanının ərazisi olduğu barədə yetərincə dəlil-sübut təqdim etməyib.

Bir qədər əvvəl Misir hökuməti bəyan etmişdi ki, Tiran və Sanafir adaları bu ölkənin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına verilməsi barədə saziş Misirə iqtisadi fayda gətirə bilər. (axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...