22 İyun, Cümə


"200 min insan Afrinə qayıdacaq" - Ərdoğan

Dünya

A- A A+
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı nəticəsində indiyədək 3089 terrorçu zərərsizləşdirilib.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. 
 
"Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq"- Ərdoğan çıxışında qeyd edib.

Anadolu agentliyi

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...