22 İyun, Cümə


Rusiya İrəvana verdiyi bu raketlərin imkanlarını artırır

Dünya

A- A A+

Rusiya “Pantsir” zenit raket-top komplekslərinin fəaliyyət məsafəsini 60 kilometrə qədər artıra bilər.

Bu barədə informasiyanı "İnterfaks" agentliyi yayıb. Bunun hipersonik raketlər vasitəsilə gerçəkləşdiriləcəyi bildirilib. "Hazırda “Pantsir” üçün hipersonik raketlərin yaradılması işi aparılır. Onun fəaliyyət radiusunu 50-60 kilometrə qədər artırılması planlaşdırılır", - məqalədə vurğulanıb. Qeyd edək ki, “Pantsir”lər hərbi və yaşayış obyektlərini bütün növ müasir raketlərin zərbəsindən qorumaq üçündür. Onun hazırda fəaliyyət radiusu 20 kilometrdir. Rusiya bu kompleksləri İrəvana 2015-ci ildə tərəflər arasında imzalanan 200 milyon dollarlıq hərbi kredit müqabilində verib. (axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...