20 İyun, Çərşənbə


Tramp Şimali Koreya lideri ilə görüşə razılıq verib

Dünya

A- A A+

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib. 

"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib", - deyə Çon In Yön bildirib. 

"KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə o əlavə edib. 

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə  dəvət edib.  

CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu  Donald Trampa təqdim edib. 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...