18 İyun, Bazar ertəsi


Avropa İttifaqı ABŞ-ın idxal rüsumları tətbiq etməsini cavabsız qoymayacaq

Dünya

A- A A+

Avropa İttifaqının ABŞ-la ticarət müharibəsi aparmaq niyyəti yoxdur, lakin Vaşinqtonun ticarət rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə məcbur olacaq. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib. 

"Düşünürəm ki, bu hər iki tərəf və, ümumiyyətlə,  bütün dünya üçün real fəlakət olacaq. Dünya ticarətinin 40 faizi bizim payımıza düşür. Dünyaya, dünya iqtisadiyyatına bu lazım deyil, istər Amerika, istərsə də Avropa iqtisadiyyatına bu lazım deyil", - deyə F.Mogerini Brüssel Forumunda bildirib.   

"Aİ öz maraqlarını qorumağa hazırdır, ticarət müharibəsi bizim ideya deyil", - deyə Aİ diplomatiyasının rəhbəri  qeyd edib. 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...