20 İyun, Çərşənbə


Avropa ilə ABŞ arasında müharibə olacaqmı?

Dünya

A- A A+

Avropa Birliyi ABŞ-la ticarət müharibəsinə hazırlaşmır, ancaq ABŞ ticarət öhdəlikləri tələb edəcəyi halda cavab tədbirləri görməyə məcbur olacaq.

Bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

“Düşünürəm ki, bu, hər iki tərəf və bütün dünya üçün fəlakət olardı. Biz birlikdə dünya ticarət həcminin 30 faizini təşkil edirik. Dünyaya, dünya iqtisadiyyatına, ABŞ və Avropaya bu lazım deyil. Biz bunu istəmirik və bu olmayacaq”, - Moqerini bildirib.

Moqerini həmçinin Trampın hər hansı bir həmləsi qarşılığında cavab veriləcəyini qeyd edib.

Qeyd edək ki, Avropa Birliyinin ABŞ-ın polad və alüminium idxalına qadağa qoyması qarşılığında sanksiya tətbiqi barədə açıqlamasına Tramp sərt reaksiya vermişdi. ABŞ lideri Avropa istehsalı maşınlara vergi tətbiq edilə biləcəyini xatırladaraq, ölkəsinin iqtisadi müharibələri rahatlıqla qazandığını bildirmişdi: “İqtisadi müharibə hərdən yaxşı şeydir”.

Avropalı liderlərin sərt açıqlamalarından sonra isə ABŞ Maliyyə naziri Mnuçun ABŞ-ın iqtisadi müharibədən qorxmadığını, ancaq AB ilə bu savaşı qəti istəmədiklərini bəyan etdi.

Buna baxmayaraq, Prezident Tramp polad (25%) və alüminium (10%) idxalına görə gömrük vergisini bu gecə təsdiqləyib. (axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...