Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR

Dünya 15:19 19.05.2018
Ermənistanın polisi “Sasna Çrer” silahlı qrupun üzvlərini İrəvanda məhkəmə binasından çıxarıblar.
 
Bu haqda Ermənistan polisinin KİV-lə əlaqələr və analiz şöbəsinin rəhbəri Edqar Canoyan bildirib.
 
Bina onların azad edilməsini tələb edən “Sasna Çrer”in tərəfdarları tərəfindən mühasirəyə alınmışdı.
 
“Polislər zəncir yaradaraq müqəssirləri məhkəmə binasından sakitcə çıxardılar. Hüquq-mühafizə orqanları tərəfindən nümayişçilər barəsində heç bir güc tətbiq olunmadı”, - Edqar Canoyan deyib.
 
Qeyd edək ki, silahlı qrupun tərəfdarları məhkəmə binasının yerləşdiyi Arşakunyas prospektini ötən həftə kəsmişdilər. Onlar qrupun üzvlərini azad etməyi tələb edirdilər. Ancaq baş nazir Nikol Paşinyanın çağırışından sonra prospekti hərəkət üçün açan qrupun tərəfdarları məhkəmə binasının qarşısında aksiyanı davam etdiriblər.
 
Bir sıra KİV-in məlumatına görə, silahlı qrupun tərəfdarları aktiv hərəkətlərə keçməyə söz veriblər. Erməni siyasi ekspertlər qanlı qarşıdurmaların baş verməsini istisna etmirlər.
 
Xatırladaq ki, “Sasna Çrer” silahlı qrupu 2016-cı ilin yayında İrəvanın mərkəzində polis alayının binasını tutmuşdu. Onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər.
 
İki həftə boyunca binanı əllərində saxlayan qrupun 31 üzvü iyulun 31-də hakimiyyətə təslim oldular. Binanın tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülmüş, daha üç polis yaralanmışdı.
 
Silahlı qrupun tərəfdarları müqəssirləri siyasi dustaq hesab edirlər.
 
Bu gün isə “Jamanak” qəzeti yazıb ki, Şərq Tərəfdaşlığı ölkələri üzrə departamentinin rəhbəri Dirk Şubelya və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Petr Svitalski İrəvana səfəri zamanı Ermənistanın Ədliyyə Nazirliyinə siyasi dustaq hesab etdikləri siyahını təqdim ediblər. Siyahıda Şanta Artünyan və onunla birlikdə ittiham edilmiş şəxslər - Jirayr Sefilyan, Karo Yeqnukyan və Qevorq Safaryan var. Siyahıda “Sasna Çrer” qrupundan polis alayının binasını tutanlardan yalnız birinin adı var.
 
“Bu o deməkdir ki, Avropa İttifaqı “Sasna Çrer” qrupuna terror qruplaşması kimi baxmağa davam edir”, - “Jamanak” qeyd edib.(publika.az)
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Hamısı