ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında yerləşən zavodların birində yanğın baş verib.
"RİA Novosti" xəbər verir ki, yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, yanğın yerli vaxtla saat 10:30-da başlayıb. Hazırda yanğın söndürülüb və şəhərlilər üçün heç bir təhlükə yoxdur.
yanğının qaz sızmasından baş verdiyi ehtimal olunur.