Aralıq, Egey dənizlərində də bir vəzifə olsa, vətənimiz, millətimiz üçün gözümüzü qırpmadan yerinə yetirərik. Heç kim yanlış hesablara qapılmasın.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın bu sözləri ölkə mətbuatında dənizlərdə yeni əməliyyatın siqnalı kimi qiymətləndirilib.
“Səylərimiz sonuncu terrorçunu da məhv edərək bu işi sona çatdırmaqdır. FETÖ üzvlərindən təmizləndikcə gücləndiyimizi görürük. TSQ bundan əvvəlki dövrlərlə müqayisədə vəzifəsini daha uğurla yerinə yetirib”, - general bildirib.