İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə 3 milyon avro dəyərində miras qalıb.
Dünyasını dəyişən hökumət sarayının baş katibliyinin keçmiş əməkdaşı bütün mülkiyətini siyasətçiyə bağışlayıb.
88 yaşlı evlənməyən və övladları olmayan qadın təxminən 20 gün əvvəl dünyasını dəyişib. Mərhumun vəsiyyəti açıqlandıqdan sonra yeganə miras hüququ olan şəxsin Berluskoni olduğu müəyyən olub. Mərhum və siyasətçini heç bir qohumluq əlaqəsi birləşdirməyib. Qadın bu yolla uzun illər yanında çalışdığı siyasətçiyə bağlılığını göstərməyə çalışıb.
Xatırladaq ki, 3 dəfə baş nazir olmuş 81 yaşlı siyasətçi “Forbes”in İtaliyanın ən zəngin adamları ilə bağlı hazırladığı siyahıya daxildir. Hətta bir müddət həmin siyahıya liderlik edib.