Millət vəkilliyinə namizəd olan şəxslərin siyahısını Ali Seçki Qurumuna (YSK) bazar ertəsi saat 17: 00-dək verməliyik. Bu siyahıda 18-19 yaşında olan gənclərimizin də olamağını istəyirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə gənclər və idmançılar ilə birlikdə keçirilən iftar süfrəsində deyib. O bildirib ki, gənc və dinamik gücə ehtiyacı var:
“Bu siyahının başında olmasalar da, bu gəncləri gələcək seçkilərə hazırlamaq niyyətindəyik. Hazırda 20-21 yaşında olan gənclərimiz qazanmaq üçün siyahıda yer alıb. Böyük hədəfləri, ideyaları olmayanların gələcəyi də olmaz. Təəssüflər olsun ki, Qərb qocalır, bizdə də qocalmağın əlamətləri var. Gənclər üçün təhsildən sağlamlığa qədər infrastruktur hazırladıq. Gənclərimiz bizdən təslim alacağı Türkiyəni daha da irəliyə aparacaq”.