Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq işləri aparılır.
Şəhərin küçələri Türkiyə və Bosniya bayraqları ilə bəzədilib.
Şəhərdəki bəzi dükanlarda “Xoş gəldin rəis” yazılmış plakatlar diqqət çəkib. Avropadan gələn türklərin sərhəd buraxılış məntəqələrində toplandığı və burada bir sıra problemlər yaşandığı qeyd olunub. Xorvatiya və Serbiyanın türklərin Bosniya və Herseqovinaya gəlməsinə əngəl yaratmağa çalışdığı bildirilib.