Rusiyanın Moskva şəhərində yaşayış binasında yanğın olub.
Ren.tv xəbər verir ki, hündürmərtəbəli binada baş verən yanğın nəticəsində 1 nəfər həlak olub. Yanğınsöndürənlər 23 sakini xilas ediblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın artıq söndürülüb. Faktla bağlı araşdırma aparılır.