Səudiyyə Ərəbistanı Livanda yeni hökumətin qurulmasına hər hansı bir yolla müdaxilə etməyəcək.
Bu sözləri Səudiyyə kralının müşaviri Nizar Alula Beyrutda Livanın Baş naziri Saad Həririnin də iştirak etdiyi iftar tədbirində çıxışı zamanı deyib.
Alula yeni hökumət kabinetinin formalaşdırılmasından sonra ölkəsinin Livana yeni səfir təyin edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ötən ilin noyabr ayında Saad Həririnin Ər-Riyadda istefa verdiyini açıqlamasından sonra Livandakı səfirini geri çağırmışdı.