Tramp administrasiyası Suriyanın şimal-qərb hissəsinə göstərilən ABŞ dəstəyini tamamilə dayandırmağa qərar verib.
Bu barədə “Röyter” ABŞ Dövlət Departamentindən olan gizli mənbəyə istinadla informasiya yayıb.
Tramp administrasiyası belə bir qərar qəbul etməklə bütün diqqətini YPG terror qruplaşmasının nəzarətində olan Suriyanın şimal-şərq hissəsinə yönəltməyə çalışacaq.
“Suriyanın şimal-qərbindəki ABŞ dəstəyi, şimal-şərqdəki başlıca məqsədlərə dəstəyin artırılması üçün donduruldu”, - mənbə bildirib.