ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın adını səhv yazmaqla gülüş doğurub.
Tvitter-də həyat yoldaşı Melaniyanın (Melania) yerin Melaniye (Melanie) yazan Tramp bu səhvindən bir müddət xəbər tutmayıb.
Səhvini bilən kimi paylaşımı silsə də, “skrinşot”ların ildırım sürəti ilə sosial şəbəkələrdə yayılması Amerika prezidentini pis vəziyyətdə qoyub. Lakin o, düzəliş edərək yenidən paylaşım edib.
Trampın model həyat yoldaşı haqda paylaşımı isə belə olub:
“Bənzərsiz birinci xanımımızın Ağ Evə qayıtması çox yaxşı xəbərdir. Melaniya özünü yaxşı hiss edir, yaxşı vəziyyətdədir. Dualarınız və xoş niyyətləriniz üçün təşəkkür edirəm”.