Suriya ordusu paytaxt Dəməşqi sonuncu İŞİD terrorçularından təmizləyib.
Suriya hökumət qüvvələri terrorçuların Əl-Həcr-əl-Əsvad məhəlləsindəki sonuncu müqavimət məntəqəsini məhv ediblər.
Bununla da, 7 ildən sonra ilk dəfə Bəşər Əsəd hökuməti paytaxt Dəməşqə tam nəzarəti bərpa edib.
Bundan əvvəl isə, Suriya ordusu fələstinli qaçqın düşərgələrinin yerləşdiyi Yarmuk məntəqəsini İŞİD-dən azad edib. Əl-Həcr-əl-Əsvad və Yarmuk Dəməşqin terrorçuların əlində olan yeganə hissələri idi.
Azad olunmuş rayonlarda hazırda hökumət qüvvələri yaşayış evləri və tunellərdə axtarış-əməliyyat tədbirləri həyaat keçirərək, orada terrorçuların gizlənmədiyini yoxlayır.