Şri-Lankada şiddətli yağıntılar və güclü külək nəticəsində azı 5 nəfər həlak olub.
Təbiət hadisəsi ilə əlaqədar 250-dən şox sakin təxliyə olunub. 200-dən çox evə ziyan dəyib.
Bir neçə gün əvvəl isə 3 nəfəri ildırım vurması nəticəsində həlak olmuşdu.
Qeyd olunur ki, Şri-Lankada musson yağışları mövsümü başlayıb.