İraqın şimalında əməliyyat zamanı terrorçuların hücumu nəticəsində 2 türk əsgəri həlak olub, daha 2-si yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
Açıqlamada terrorçularla mübarizənin davam edəcəyi vurğulanıb. Digər təfərrüatlar hələ ki, açıqlanmır.