İlk “F-35” beşinci nəsil qırıcı-bombardmançı iyunun 21-də Türkiyəyə veriləcək.
Bu haqda Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin nümayəndəsi bildirib.
“ABŞ ilk “F-35” qırıcısını bizə iyunun 21-də verəcək. Ancaq qırıcı dərhal Türkiyədə olmayacaq, təyyarə 2019-cu ilin noyabrına qədər ABŞ-da pilotlarımızın təlimi üçün qalacaq”, - agentliyin həmsöhbəti deyib.
Lakin Türkiyənin sifariş etdiyi “F-35”lərin Türkiyəyə çatdırılmasında problemlər yarana bilər. Ötən həftə ABŞ Konqresinin Senatından sonra Nümayəndələr Palatasında da Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışınını qadağan edən qanun layihəsi hazırlanıb.
Daha əvvəl isə ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Rusiyada “S-400” zenit-raket komplekslərinin alınması “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasına təsir edə bilər.