Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan yerli jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan tərəfi Qarabağ problemi üzrə danışıqları davam etdirməyə hazırdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqə yaradırıq və Azərbaycan rəhbərliyi ilə görüşləri bərpa etməyi planlaşdırırıq”, - deyə Mnasakanyan qeyd edib.
Nazir eyni zamanda bildirib ki, Ermənistan münaqişənin yalnız dinc yolla həllinin tərəfdarıdır.