Ölkələrinin Avropa İttifaqından çıxmasını istəməyən ingilislər çarəni vətəndaşlıqdan çıxmaqda tapır.
Xarici KİV xəbər verir ki, Almaniya Federal Statistika Komitəsinin son hesabatı Böyük Britaniyanın “Brexit” qərarından ziyan çəkəcəyini göstərir. Belə ki, 2017-ci ildə 7 min 500, son iki ayda isə 10 min 400 ingilis alman vətəndaşlığına keçib. Bu göstərici 15 il ərzində Almaniya vətəndaşlığını qəbul etmiş ingilislərin sayından 2-3 dəfə çoxdur.
Beləliklə, hazırda Almaniyada alman vətəndaşlığını qəbul etmiş türklərdən sonra ən böyük etnik qrup ingilislərdir.