İordaniya İranın ərəb ölkələrinin işlərinə müdaxiləsinə etiraz əlaməti olaraq bu ölkədəki səfirini geri çağırıb.
“Əl-Ərəbiyyə” xəbər verir ki, rəsmi Amman “İranın ərəb dünyasının işlərinə və yaxşı qonşuluq prinsipinə zidd olan siyasətinə müdaxiləsi”ni rədd edir.
Rəsmi məlumatlara görə, hazırda Amman Tehrana səfir göndərməyi planlaşdırmır.