Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəndildə PKK başçılarının toplantı keçirdikləri mərkəzin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Ərdoğan bu haqda məlumatı “Kanal 7” və “Ölkə Tv”-nin ortaq canlı yayımında açıqlayıb.
“Bunu ilk dəfə açıqlayıram. PKK terrorçularının Qəndildəki çox əhəmiyyətli nöqtələrini vurduq. Hətta terrorçuların başçılarının toplantı keçirdikləri mərkəzi də vurduq. Özü də toplantı keçirdikləri vaxtda vurduq. Hələ nəticəsi məlum deyil, amma vurulduqları qətidir. Bəlkə bu axşam TSQ-nın saytında da dərc edildi”- Ərdoğan belə deyib.