Lavrov və Eçmiədzində ona qonaqlıq verən erməni mafioz “Don Pipo”

Dünya 10:17 17.06.2018

Ermənistanda keçmiş hakim partiyadan deputat, “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri, oliqarx və general-leytenant Manvel Qriqoryanın, eyni zamanda “Don Pipo” ləqəbli məşhur kriminal avtoritet Artur Asatryanın həbsi baş nazir Nikol Paşinyanın Serj Sərkisyanın qurduğu kriminal-oliqarx rejiminə qarşı hücuma keçdiyini göstərir.

Xəbər verildiyi kimi, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən biri, mülki azərbaycanlılara və hərbi əsirlərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmış hərbi cani general Manvel Qriqoryan Eçmiədzində “Yerkrapa”nın qərargahında həbs edilib. O, böyük sayda qanunsuz silah-sursat əldə edib saxlamaqda ittiham olunur. General Manvel Eçmiədzin vilayətinin qeyri-rəsmi sahibi hesab olunurdu.

Eyni gündə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Eçimədzində Rusiyadakı erməni mafiyasının xaç atası sayılan “Don Pipo”nu və onun 4 cangüdənini həbs edib. Kriminal avtoritetin cangüdənləri Rusiya vətəndaşlarıdır.

Milli Təhlükəsizlik Xidmətinin Eçmiədzində xüsusi əməliyyatı bu şəhərdə mer Karen Qriqoryanın istefası tələbi ilə keçirilən aksiyaların fonunda həyata keçirilib. Karen Qriqoryan general Manvelin oğludur. Etiraz aksiyalarını isə məhz “Don Pipo”nun təşkil etdiyi bildirilir. Etirazçılar əllərində Paşinyanın portretlərini və Ermənistandakı məxməri inqilabın simvollarını tutmuşdular və Eçimədzinin hökmdarı, feodal Manvelin oğlunun istefasını tələb edirdilər. Etirazçıların arasında “Don Pipo” özü də görünmüşdü, o bildirmişdi ki, şəhərdə ədalətin bərpa edilməsini istəyir.

Lakin “Don Pipo”nun özünü Paşinyanın tərəfində göstərib general Manvelə qarşı çıxması baş nazirin xoşuna gəlməyib və onun həbsinə qərar verilib. Bu həmin “Don Pipo”dur ki, Moskvada ən iri parakəndə ticarət şəbəkələrindən birinin sahibidir, vaxtının çoxunu İtaliyada keçirir, deyilənlərə görə italyan mafiyasının da üzvüdür. Amma ara-sıra Eçmiədzində də olur, onun Ermənistanda da böyük biznesinin olduğu məlumdur. Ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdə olanda yerli mətbuat onun Eçmiədzində “Don Pipo”nun malikanəsində qonaq olduğunu yazmışdı. Bu ziyafətdə “Don Pipo” özü olmasa da qardaşı Lala Asatryan, bir sıra oliqarxlar Lavrovun qulluğunda durmuşdu.

Ümumiyyətlə, Serj Sərkisyanın hakimiyyəti dövründə erməni kriminal avtoritetlər hakimiyyət sisteminə çox sıx inteqrasiya edib . Onların bəziləri Ermənistan diplomatik pasportu gəzdirirdilər və diplomatik nömrə nişanlı maşınlara minirdilər. Serj Sərkisyanın qardaşı da daxil olmaqla oliqarxlar kriminal avtoritetlərlə ortaq biznes qurmuşdular.

General Manvelin başçılıq etdiyi “Yerkrapa” yarımhərbi könüllülər təşkilatı isə Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanının əsas dayaqlarından hesab edilirdi. Belə görünür ki, Paşinyan “Yerkrapa”nın da hakimiyyət üzərində söz sahibi olması ənənəsinə son qoymaq istəyir. Bu baxımdan Ermənistanda səs-küylü həbslərin hələ davam edəcəyi şübhəsizdir.(virtualaz.org)


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Hamısı