Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin peşəkarlığının artırılması ilə bağlı təlimat verib.
Ərdoğanın rəhbərliyi ilə Milli Müdafiə Nazirliyi və Baş Qərargahla birlikdə keçirilən müşavirədə ordunun ən ali səviyyədə peşəkar hazırlığının təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi əmr edilib. TSQ-da yaradılacaq yeni sistemdə texniki, mülki, mühəndis, tibbi xidmət kimi heyətlərdə də dəyişiklik olacağı bildirilir. Həmçinin icbari əsgərliklə bağlı qaydaların da dəyişdirilməsi məsələsi yeni sistemdə öz əksini tapacaq.
İcbari əsgərliyin ləğv edilməyəcəyi, amma bu modelə də yeni sistemdə dəyişikliklər ediləcəyi bildirilib. Yeni sistemdə pul qarşılığında qısa müddətli hərbi xidmətin də lazım olduğu qeyd edilib.