Misirin tanınmış aktyoru Mahir Essam Dünya Çempionatında Misir-Uruqvay qarşılaşmasını izləyən zaman beyninə qan sızması nəticəsində ölüb.
Al-Arabiya xəbər verir ki, 38 yaşlı aktyor Misirin məğlub olmasına dözməyərək stress keçirib və nəticədə dünyasını dəyişib.
O, bir dəfə də infarkt keçirib.
Qeyd edək ki, Mahir 5 yaşından filmlərə çəkilib.