Türkiyə ordusunun Menbiçə daxil olmasına Prezident Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.
Samsunda mitinqdə çıxış edən Rəcəb Tayyib Ərdoğan kimsəsən icazə alaraq bu prosesi başaltmadıqlarını deyib: "Hazırda Münbiçdə əməliyyat aparılır. Patrullar iş başındadır. Niyə? İş bacaranın, qılınc çalanındır..."
Türkiyə lideri Qəndildə terror bataqlığını qurutmaq üçün əməliyyatın davam etdiyini vurğulayıb.
***
Türkiyə Baş naziri Binəli Yıldırım az öncə verdiyi açıqlamada Türkiyə hərbi qüvvələrinin Menbiçə daxil olduğunu rəsmən təsdiqləyib.
Baş nazir deyib: "Türk əsgəri bu gün Menbiçdə vəzifəsinin icrasına başladı".