İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb.
Hadisə Toba gölündə baş verib.
Hadisə nəticəsində azı 1 nəfər ölüb. Bildirilir ki, 18 nəfərin həyatını xilas etmək mümkün olub. Digər sərnişinlərin aqibəti məlum deyil.
Hazırda xilasetmə işləri davam etdirilir.