Cənab Məhərrəmin köhnə dəftərlərini açacağıq, bəlkə, utanıb-qızarar.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda çıxışı zamanı deyib.
"Seçki dönəmində onun taxdığı maskanın arxasındakı çirkinlikləri vətəndaşlarımıza göstərəcəyik. Onun şairlik məharəti də var. Məhərrəm İncənin şeirlər kitabında yazılanları oxumayacağam, gənclərimiz özləri oxuyub, hər şeyi görəcəklər. Heç kim bu milləti aldada bilməyəcək", - Ərdoğan bildirib.